"Azercell" tələbələr üçün iş və təcrübə qazanmaq şansı yaradıb

"Azercell" tələbələr üçün iş və təcrübə qazanmaq şansı yaradıb Yay Təcrübə Proqramına artıq 200-dən çox müraciət daxil olub
İKT
25 May , 2016 18:11
Azercell tələbələr üçün iş və təcrübə qazanmaq şansı yaradıb

Bakı. 25 may. REPORT.AZ/ "Azercell"in əməkdaşları “Karyera günləri” çərçivəsində tələbələrlə görüşlərini davam etdirirlər. Şirkət nümayəndələri bu dəfə “Karyerada ilk addım” adı altında Azərbaycan Universitetində keçirilən Karyera Günlərində iştirak ediblər. 

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, mayın 16-dan başlayan Yay Təcrübə Proqramına artıq 200-dən çox müraciət daxil olub. Bu günə qədər davam edən müraciətlərin qəbulundan sonra seçim mərhələsi başlayacaq. 

"Azercell" nümayəndələri mərhələlərlə seçilən gənclərin 3 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı qazandığını vurğulayıblar. Yay Təcrübə Proqamının ilk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə şirkət nümayəndələri tərəfindən dəyərləndirilir. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçilir. Son seçim turu isə üz-üzə keçirilən müsahibələrdən ibarət olur.

Qeyd edək ki, son illər ərzində mütəmadi olaraq "Azercell"in təşəbbüsü ilə şirkət tərəfindən “Karyera Günləri” təşkil edilir.

Son xəbərlər

Orphus sistemi