"Azercell" tarif paketində yenilik edib

"Azercell" tarif paketində yenilik edib "GəncOl" istifadəçiləri internet həcmini bitirdikdən sonra yenilənməyən internet paketləri sifariş edə biləcəklər
İKT
1 Fevral , 2016 15:34
Azercell tarif paketində yenilik edib

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rəbitə operatoru olan “Azercell Telecom” şirkəti "GəncOL" tarif paketində daha bir yenilik edib. Şirkətdən “Report”a bildirilib ki, fevralın 1-dən etibarən "GəncOl" istifadəçiləri bu tarif paketi daxilində təqdim olunan internet həcmini bitirdikdən sonra yenilənməyən internet paketləri sifariş edə biləcəklər.

Bunun ücün abunəçi sadəcə 2525-ə müvafiq açar sözü yazıb göndərməlidir.

İnternet paket Açar sözü Qiymət (ƏDV daxil)
50 MB 50x 1 AZN
500 MB 500x 3 AZN
1 GB 1000x 5 AZN
5 GB 5000x 10 AZN
10 GB 10000x 15 AZN
Limitsiz Limitsizx 30 AZN

Qeyd edək ki, əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməyən balans sıfırlanır. Abunəçi internet paketin balansını istifadə müddətindən tez bitirərsə, yenidən paket sifariş edə bilər. Yenilənməyən aylıq internet paketlərindən imtina etmək üçün abunəçi 2525-ə “STOPX” göndərməlidir.

Məlumat üçün bildirək ki, "Azercell"in sözügedən paketinə qoşulmaq üçün "SimSim" abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. "GəncOL" tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər.

Son xəbərlər

Orphus sistemi