Bakı. 3 fevral. REPORT.AZ/ “Azercell Telecom” fakturasız xətt (SimSim) abunəçiləri üçün yeni tarif paketi elan edib. “Report” şirkətə istinadən xəbər verir ki, fevralın 2-dən etibarən “Azercell” fakturasız xətt abunəçilləri üçün yeni “KOMBO” tarif paketi istifadəyə verib.
İki paketden (Kombo 8 və Kombo 16) ibarət olan “Kombo” tarifi abunəçilərə rahatlıq və qənaət etmək imkanı verir.
Belə ki, Rahatlıq – “Kombo” paketlərində dəqiqə, İnternet və SMS eyni paketdədir. Abunəçilər bu paketlərə ayda bir dəfə qoşulmaqla, danışıq dəqiqələrini, SMS və Mobil Internet paketini birdəfəyə almış olacaqlar.
Qənaət – “Kombo” paketlərinə qoşulmaqla abunəçilər mobil xərclərinə ən azı 40% qənaət edəcəklər. “Kombo” paketlərində danışıq dəqiqələri, internet və SMS həcmlərinə görə ümumi paket qiyməti, bu həcmlərə ayrı-ayrılıqda verilən bütöv məbləğdən ən az 40% endirimlə təklif olunur.
Bu tarifdə daha bir üstünlük isə şəbəkədaxili SMS-in limitsiz olmasıdır. Yəni bu tarif paketinə qoşulan abunəçilər ay boyunca sevdiklərinə istədikləri qədər pulsuz şəbəkədaxili SMS göndərmək imkanı qazanırlar.
Kombo 8 |
Kombo 16 |
Paketdaxili həcm bitdikdən sonra hər 1dəq/1mb üçün istifadə, AZN |
|
Paketin aylıq qiyməti |
8 AZN |
16 AZN |
- |
Şəbəkədaxili zəng |
200 dəq |
400 dəq |
0.05 |
İnternet |
500 MB |
1500 MB |
0.10 |
Şəbəkədaxili SMS |
LİMİTSİZ |
LİMİTSİZ |
- |
Şəbəkəxarici zəng |
- |
- |
0.05 |
Qeyd edək ki, paketlər hər ay avtomatik yenilənir. Bu paketlər abunəçilərə, həm də onlara ay ərzində telefon xərclərini idarə etmək imkanı verir. Bu tarifin daha bir üstünlüyü ondan ibarətdir ki, ay ərzində paketdaxili həcmlər 30 gündən tez bitərsə, abunəçilər endirimli əlavə internet və əlavə şəbəkədaxili dəqiqə paketlərindən istifadə etmək imkanı əldə edirlər. “Kombo” tarif paketinə qoşulmaq üçün abunəçilər “Kombo 8” və ya “Kombo 16” açar sözünü yazıb 7575-ə göndərməlidirlər.