"​Azercell" rouminqdə olan abunəçilər üçün yenilik edib

"​Azercell" rouminqdə olan abunəçilər üçün yenilik edib Zəngin ilk 5 dəqiqəsi pulsuz olacaq, əlavə hər bir dəqiqəyə görə isə 70 qəpik tutulacaq
İKT
9 Fevral , 2015 17:17
​Azercell rouminqdə olan abunəçilər üçün yenilik edib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti rouminqdə olan abunəçiləri üçün yenilik edib.

“Report” “Azercell”in mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq rouminqdə olan "Azercell"in fakturalı və fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə zəngin ilk 5 dəqiqəsini pulsuz danışacaqlar. Həmin zəngin davam edən növbəti hissəsinin hər bir dəqiqəsinə görə isə (hesablama intervalı - 1 saniyə) 70 qəpik məbləğində xidmət haqqı tutulacaq.

Qeyd edək ki, "Azercell" ötən il də rouminq qiymətlərinə endirim edib. Belə ki, "Azercell"in abunəçiləri rouminq xidməti çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalanaraq bu ölkələrdə olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyiblər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablanıb. 

Son xəbərlər

Orphus sistemi