“Azercell”in mövcud lisenziyaları qeyri-məhdud müddətə uzadılıb

“Azercell”in mövcud lisenziyaları qeyri-məhdud müddətə uzadılıb Nigar Şıxlinskaya: “Hazırda şirkətə qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil”
İKT
7 İyun , 2016 20:40
“Azercell”in mövcud lisenziyaları qeyri-məhdud müddətə uzadılıb

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 1-dən qüvvəyə minən “Lisenziyalar və icazələr haqqında” qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud lisenziyaları qeyri-məhdud müddətə uzadılıb.

“Report” “Azercell”ə istinadən xəbər verir ki, şirkətin korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya sözlərinə görə, “Azercell” fəaliyyətini əvvəl olduğu kimi tam gücü ilə davam etdirir: “Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan “Azercell” 4.5 milyonluq abünəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir. Hazırda 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda lider mövqeyini qoruyub saxlayır. İndi şirkətə qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil. İsveç prokurorluğu “Bloomberg” agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan edib”.

Son xəbərlər

Orphus sistemi