"Azercell"in bəzi xidmətlərində çətinliklər yarana bilər

"Azercell"in bəzi xidmətlərində çətinliklər yarana bilər Mobil rabitə operatoru abunəçilərinə müraciət edib
İKT
16 Aprel , 2016 09:36
Azercellin bəzi xidmətlərində çətinliklər yarana bilər

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti abunəçilərinə müraciət edib. “Report” xəbər verir ki, müraciət şirkətin təqdim etdiyi bəzi xidmətlərdə yaranacaq çətinliklərlə əlaqədardır.

Müraciətdə deyilir ki, təkmilləşdirmə işləri ilə əlaqədar olaraq aprelin 19-u gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində və əməliyyatların həyata keçirilməsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Son xəbərlər

Orphus sistemi