“Azercell” “Hədsiz” tarif paketində yenilik edib

“Azercell” “Hədsiz” tarif paketində yenilik edib "Azercell" abunəçiləri oktyabrın 4-dən Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rouminqdə olarkən 15% edirimdən yararlanacaqlar
İKT
4 Oktyabr , 2016 18:48
“Azercell” “Hədsiz” tarif paketində yenilik edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin “Hədsiz” tarif planının abunəçiləri oktyabrın 4-dən etibarən Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rouminqdə olarkən 15% edirimdən yararlanacaqlar.

Şirkətdən “Report”a bildirilib ki, tətbiq olunan endirim nəticəsində abunəçilər hər zəngin 1 dəqiqəsi üçün 1,30 manat, hər 1MB mobil internet uçün isə cəmi 3 manat ödəyəcəklər.

“Azercell”in bu enidirmi rouminqdə olarkən edilən zənglər və mobil internetdən istifadə üçün tətbiq edilir.

Xatırladaq ki, şirkət 2014-cü ildən etibarən “Fakturalı Xətt” abunəçiləri üçün “Hədsiz” tarif paketini istifadəyə verib. Sözügedən tarif paketinə qoşulmaqla "Azercell" müştəriləri aylıq 49,90 manat abunə haqqı müqabilində endirimli xidmətlərdən yararlana bilirlər.

Son xəbərlər

Orphus sistemi