Vahid Mürsəliyev: "Azercell" "TeliaSonera" şirkətindən topladığı təcrübəni daha da gücləndirəcək" - YENİLƏNİB

Vahid Mürsəliyev: "Azercell" "TeliaSonera" şirkətindən topladığı təcrübəni daha da gücləndirəcək" - YENİLƏNİB Ödəmələrin büdcədəki xüsusi çəkisi təqribən 1,51% təşkil edib
İKT
24 Fevral , 2016 12:54
Vahid Mürsəliyev: Azercell TeliaSonera şirkətindən topladığı təcrübəni daha da gücləndirəcək - YENİLƏNİB

Bakı. 24 fevral. REPORT.AZ/ "Azercell" tabeliyində olduğu "TeliaSonera" şirkətindəm topladığı təcrübəni daha da gücləndirəcək və öz strategiyasına sadiq olaraq qalacaq.

"Report" xəbər verir ki, bunu "Azercell" şirkətinin prezidenti Vahid Mürsəliyev şirkətin 2015-ci ildəki fəaliyyətinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, gələcəkdə yeni səhmdarının kim olacağı hələ ki, məlum deyil:

"Amma inanıram ki, yeni səhmdarın kim olmasından asılı olmayaraq, o "Azercell"in prinsiplərini, strategiyasını qoruyub saxlayacaq. "Azercell" isə özünü daha da inkişaf etdirəcək".

*** 12:21

"Azercell Telecom" MMC Azərbaycanın mobil rabitə bazarının 48%-nə nəzarət edir. Onun şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir.

"Report"un verdiyi xəbərə görə, bunu "Azercell Telecom" MMC-nin prezidenti Vahid Mürsəliyev bugün keçirilən şirkətin 2015-ci ildəki fəaliyyətinə həsr olunumuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin sonuna "Azercell"i seçən abunəçilərin sayı 4,5 mln. nəfərdən çox olub.

"Ötən il "Azercell" dövlət büdcəsinə təxminən 123 mln. manat vəsait ödəyib. 2015-ci ildə "Azercell" ödəmələrinin büdcədəki xüsusi çəkisi təqribən 1,51% təşkil edib", - V.Mürsəliyev deyib. 

Son xəbərlər

Orphus sistemi