"​Azercell" daha bir xidmət mərkəzini istifadəyə verib

"​Azercell" daha bir xidmət mərkəzini istifadəyə verib "Azercell" abunəçiləri burada bütün növ müştəri xidmətləri ilə təmin edilirlər
İKT
14 İyun , 2016 19:20
​Azercell daha bir xidmət mərkəzini istifadəyə verib

Bakı. 14 iyun. REPORT.AZ/ "Gənclik Mall" ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən Maxi.az mağazasında yeni Müştəri Xidmətləri guşəsini abunəçilərin ixtiyarına verib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, "Azercell" abunəçiləri burada bütün növ müştəri xidmətləri ilə təmin edilirlər. Belə ki, "Azercell" müştərisi öz sim-kartının dublikatını çıxarmaq, yeni xidmətlərə qoşulmaq, faktura əldə etmək, həmçinin, şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumatla tanış olmaq imkanı qazanır. 

"Azercell" 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən "Azercell" sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Müştəri məmnuniyyəti sahəsində göstərdiyi xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb. "Azercell" Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 60 Ön Masa və "Azercell" Ekspres ofisləri və 425 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir.

Son xəbərlər

Orphus sistemi