​"Azercell" baza stansiyalarının sayını artırır

​"Azercell" baza stansiyalarının sayını artırır Şirkət quraşdırdığı radiobaza stansiyalarının sayını açıqlayıb
İKT
10 İyun , 2015 17:17
​Azercell baza stansiyalarının sayını artırır

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkətinin 2 680 sayda 2G, 1 844 sayda 3G və 264 sayda 4G baza stansiyası mövcuddur. Bununla da şirkət baza stansiyalarının ümumi sayını 4 788-ə çatdırıb. "Report"un verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Ötən il 169-dan çox 2G/3G radiobaza stansiyası quraşdıran və 3G şəbəkəsinin tutumunu rekord səviyyədə (ölkə üzrə 48%, Bakı şəhəri üzrə 92%) gücləndirən şirkət bu ilin son 3 ayında 20 sayda 2G, 84 sayda 3G və 7 sayda 4G baza stansiyası quraşdırıb.

Məlumata əsasən, "Azercell" son iki il ərzində öz şəbəkəsini 25% gücləndirib.

Xatırladaq ki, "Azercell Telecom" MMC 1996-cı ildə təsis edilib. "Azercell" 17 ölkədə fəaliyyət göstərən, ümumilikdə, 186 mln. abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan "TeliaSonera" şirkətlər qrupunun bir hissəsidir. "Azercell" ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.

Son xəbərlər

Orphus sistemi