"Azercell" müştərilərinə müraciət edib

"Azercell" müştərilərinə müraciət edib Oktyabrın 11-dən bölgə tarifi çərçivəsində şəbəkədaxili zənglər üçün 15 dəqiqəlik maksimal davametmə müddəti tətbiq ediləcək
İKT
8 Sentyabr , 2016 12:45
Azercell müştərilərinə müraciət edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti abunəçilərinə müraciət edib. 

"Report"un xəbərinə görə, müraciətdə bildirilir ki, oktyabrın 11-dən bölgə tarifi çərçivəsində həyata keçirilən hər bir şəbəkədaxili zəng üçün 15 dəqiqəlik maksimal davametmə müddəti tətbiq ediləcək.

Xatırladaq ki, "Azercell Telecom" 1996-cı ildə yaradılıb, əsas təsisçisi - 20-dən çox ölkədə filial-müəsissəsi olan və ümumi sayı 460 mln.-dan çox əhaliyə xidmət göstərən "Telia Company" şirkətidir. "Azercell" şirkətinin hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir. Onun nizamnamə kapitalı 62,1 mln. ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi