"Azercell" 2014-cü ilin hesabatını açıqlayıb

"Azercell" 2014-cü ilin hesabatını açıqlayıb Şirkət ötən il dövlət büdcəsinə 112 mln. manat vergi ödəyib
İKT
18 Fevral , 2015 16:33
Azercell 2014-cü ilin hesabatını açıqlayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti 2014-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib. 

“Report” xəbər verir ki, 2014-cü ildə görülən işlərlə bağlı hesabatını təqdim edən mobil operator Azərbaycanın mobil rabitə bazarının 51,3%-ni əhatə etdiyini bildirir. Şirkətin şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir, abunəçilərin ümumi sayı isə ötən ilin sonuna 4,5 mln.-u ötüb.

Hesabat ilində "Azercell" Azərbaycanda telekommunikasiya sektorunun inkişafına təqribən 57 mln. manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə ümumilikdə 1,67 mlrd. manat sərmayə yatırıb. Ötən il şirkət öz işçilərinin inkişafına 1,2 mln. manat, fəaliyyət göstərdiyi 18 il ərzində isə 14,2 mln. manat vəsait xərcləyib.

Bununla yanaşı qeyd olunub ki, 2014-cü ildə "Azercell" dövlət büdcəsinə təqribən 112 mln. manat, 18 ildə - 1,11 mlrd. manat vəsait ödəyib.

Tədbirdə bildirilib ki, 2014-cü ilin yayından "Azercell" rouminq xidmətlərinin açılması üçün abunəçilərdən tələb olunan minimal depozit tələbini ləğv edib. Bundan əlavə, Rusiya, Türkiyə, Almaniya və Gürcüstanla rouminq xidmətlərində endirimlər tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi