Azərbaycanla Belarus informasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılmasını müzakirə edib

Azərbaycanla Belarus informasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılmasını müzakirə edib Bundan başqa, Azərbaycan və Belarus Yüksək Texnologiyalar Parklarının əməkdaşlığı nəzərdən keçirilib
İKT
1 Aprel , 2015 19:23
Azərbaycanla Belarus informasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılmasını müzakirə edib

Bakı. 1 aprel. REPORT.AZ/ "Biz səfər zamanı Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə ətraflı müzakirələr apardıq. Səfərdə əməkdaşlığın müxtəlif aspektləri, əldə etdiyimiz nəticələr və gələcək perspektivlər müzakirə mövzusu olub".

"Report" xəbər verir ki, bunu Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov Bakıda jurnalistlərə səfərinin məqsədini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, ilk növbədə informasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib: "Eyni zamanda, peyk rabitəsinin yaradılması müzakirə edildi. Bundan başqa, Azərbaycan və Belarus Yüksək Texnologiyalar Parklarının əməkdaşlığı nəzərdən keçirilib".

Son xəbərlər

Orphus sistemi