Azərbaycanın rabitə sektorunda bu il 11% artım olub

Azərbaycanın rabitə sektorunda bu il 11% artım olub Əldə edilən gəlirin 80%-i qeyri-dövlət sektorunun payına düşüb
İKT
16 İyul , 2015 16:03
Azərbaycanın rabitə sektorunda bu il 11% artım olub

Bakı. 16 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara 771,8 mln. manatlıq xidmət göstərilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7% artıb, xidmətlərin 72,5%-i əhaliyə göstərilib. 

Hesabat dövründə bu sahədə əldə edilən gəlirin 80,0%-i qeyri-dövlət sektorunun payına düşüb.

Son xəbərlər

Orphus sistemi