Azərbaycanın rabitə sektoru bu il 10% artıb

Azərbaycanın rabitə sektoru bu il 10% artıb Mobil telefon rabitəsi sahəsi isə bu il 2% genişlənib
İKT
16 Mart , 2015 13:59
Azərbaycanın rabitə sektoru bu il 10% artıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın informasiya və rabitə sektorunda 2015-ci ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə və əhaliyə 254,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,0% çox xidmət göstərilib.

“Report” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3% təşkil edib. Xidmətlərdən əldə olunan gəlirlərin 53,7%-i mobil telefon rabitəsindən yaranıb və 2014-cü ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 1,9% artaraq 136,8 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi