Azərbaycanın internet resurslarına kiberhücumların sayı artıb

Azərbaycanın internet resurslarına kiberhücumların sayı artıb Elektron Təhlükəsizlik Mərkəzi internet provayderləri və aiddiyyatı qurumları xəbərdar edib
İKT
24 Aprel , 2015 12:53
Azərbaycanın internet resurslarına kiberhücumların sayı artıb

Bakı. 24 aprel. REPORT.AZ/ Dünən və bu gün Azərbaycanın internet resursrlarına kiberhücumların sayı artıb. Bunu "Report"a Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən (CERT) bildiriblər.

Qeyd olunub ki, bu hücumlar əsasən qondarma “erməni soyqırımı”nın 100-cü il dönümü ilə əlaqədar həyata keçirilir. CERT-in xəbərinə görə, bu günlərdə əsas kiberhücumların hədəfi dövlət və özəl sektorunun mənbələridir.

"Bununla əlaqədar olaraq, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (CERT) bu istiqamətdə intensiv şəkildə bir sıra təhülkəsizlik tədbirləri, maarifləndirmə işləri həyata keçirib. İlk növbədə internet provaderlərə və aiddiyyatı qurumlara xəbərdarlıq məktubları göndərilib. Gözlənilən təhlükə ilə bağlı onların öz təhlükəsizlik tədbirlərini daha da gücləndirilməsi tövsiyə edilib", - deyə Mərkəzdən bildirilib.

Qeyd edək ki, digər illərə nisbətən bu il CERT maarifləndirmə və elektron təhlükəsizlik sahəsi ilə bağlı işlərin keyfiyyətini daha da gücləndirib, habelə kadrların peşəkarlığı artırılıb.

Son xəbərlər

Orphus sistemi