Bakı. 19 yanvar. REPORT.AZ Ötən il Azərbaycanda informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1642,8 milyon manatlıq xidmətlər göstərib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların da 72,6%-i əhali sektoruna aid olub.
2014-cü illə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8% artıb, bu sahədə əldə edilən gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb.