Azərbaycanın ilk rabitə peykinin 2 illiyi qeyd olunur

Azərbaycanın ilk rabitə peykinin 2 illiyi qeyd olunur Hazırda peyk vasitəsilə 108-i əcnəbi, 13-ü yerli olmaqla 121 televiziya və 20 radio kanalı yayımlanır
İKT
6 Fevral , 2015 10:23
Azərbaycanın ilk rabitə peykinin 2 illiyi qeyd olunur

Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peyki "Azerspace-1"in orbitə buraxılmasının 2 ili tamam olur.

"Report" "Azərkosmos" ASC-yə istinadən xəbər verir ki, ilk telekommunikasiya peyki Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada, Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən peykin texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğu qeyd edilib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu ötən iki il ərzində aparılan effektiv idarəetmə nəticəsində proqnozlaşdırılan ömür 16,7 ilədək artırılıb.

Peykin operatoru "Azərkosmos" ASC-nin təsis edildiyi gündən etibarən fəaliyyət göstərdiyi dövr ərzində "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

Hazırda "Azerspace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 108-i əcnəbi, 13-ü yerli olmaqla 121 televiziya və 20 radio kanalı yayımlanır.

Qeyd edək ki, "Azərkosmos" Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Birləşmiş Krallıq, Almaniya, Avstriya, Misir, BƏƏ, Əfqanıstan, Livan, Yunanıstan kimi ölkələrdən olan müştərilərə peyk xidmətləri göstərir. 

Son xəbərlər

Orphus sistemi