Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu yeni layihələr üzərində iş aparır

Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu yeni layihələr üzərində iş aparır Telman Əliyev: "Baş verəcək qəzanı öncədən proqnozlaşdırmaq mümkündür"
İKT
14 May , 2015 12:12
Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu yeni layihələr üzərində iş aparır

Bakı. 14 may. REPORT.AZ/ "Xəzərin Azərbaycan sektorundakı "Bulla-dəniz" yatağında baş vermiş qəzanın qarşısını ən azı 2-3 saat əvvəldən almaq mümkün olardı. Lakin bu qəzanın qarşısını ala bilməməyimizin səbəbi kifayət qədər keyfiyyətli, inkişaf etmiş informasiya texnologiyalarına malik olmamağımızdır". "Report"un xəbərinə görə, bunu Bakıda keçirilən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 150 iliyinə həsr olunmuş informasiya təhlükəsizliyinin multidissiplinar problemləri II respublika elmi-praktiki konfransında İnstitutun idarəetmə sistemlərinin direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, dünyada informasiya texnologiyaları sistemlərinin düzgün, keyfiyyətli olmaması Meksika körfəzində BP şirkətinə məxsus platformada qəza və ya Çernobil qəzanın baş verməsində mühüm amil hesab olunur.

"Qəzaların gizli və aşkar dövrləri var ki, bunun əsasında məlumatlar toplayıb, baş verəcək qəzanı öncədən proqnozlaşdırmaq mümkündür. İndiki informasiya sistemləri kifayət qədər güclü olmadığından, hələlik bu mümkün deyil", - deyə T.Əliyev qeyd edib.

Akademik əlavə edib ki, hazırda İnstitut tərəfindən bu sahədə bir neçə layihə hazırlanır.

Son xəbərlər

Orphus sistemi