Azərbaycanın İKT sektoru bu il 11% artıb

Azərbaycanın İKT sektoru bu il 11% artıb Xidmətlərdən əldə olunan gəlirlərin 54%-i mobil telefon rabitəsindən yaranıb
İKT
16 Sentyabr , 2015 12:20
Azərbaycanın İKT sektoru bu il 11% artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə ümumilikdə 1 077,0 mln. manatlıq xidmət göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,8% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xidmət göstərilən şəxslərin 72,6%-i əhali sektoruna aid olub.

Bu sahədə əldə edilən gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə olunan gəlirlərin 54,0%-i və ya 581,7 mln. manatı mobil telefon rabitəsindən yaranıb. 

Son xəbərlər

Orphus sistemi