Azərbaycanda yeni iri Data Mərkəzi açılacaq

Azərbaycanda yeni iri Data Mərkəzi açılacaq Hazırda bununla bağlı son tamamlama işləri görülür
İKT
17 May , 2016 17:58
Azərbaycanda yeni iri Data Mərkəzi açılacaq

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın bölgələrində bütün internet provayderlərinə bərabər şəraitin yaradılması ən başlıca məsələlərdən biridir. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, RYTN tərəfindən yaradılan Data Mərkəzin tamamlanma işləri həyata keçirilir: “Bu, çox böyük həcmli Data Mərkəzidir və bu mərkəzin fəaliyyətə başlanması üçün son işlər görülür. Tezliklə Data Mərkəzi fəaliyyətə başlayacaq”.

Son xəbərlər

Orphus sistemi