​Azərbaycanda yaradılacaq ən iri regional DATA Mərkəzinin açılış vaxtı məlum olub

​Azərbaycanda yaradılacaq ən iri regional DATA Mərkəzinin açılış vaxtı məlum olub Bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini məlumat verib
İKT
5 Mart , 2015 16:18
​Azərbaycanda yaradılacaq ən iri regional DATA Mərkəzinin açılış vaxtı məlum olub

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanda regionun ən iri DATA Mərkəzinin açılma tarixi məlum olub. Yeni mərkəzin bu ilin ortalarında açılması nəzərdə tutulub. "Report"un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

"Hesab edirik ki, bu mərkəzin imkanlarından dövlət qurumları, özəl şirkətlər, hətta beynəlxalq şirkətlər də istifadə edə biləcəklər. Bu, həmçinin daxili tələbatı ödəməklə yanaşı, regional xidmətlərin göstərilməsində də istifadə olunacaq", - E.Vəlizadə qeyd edib.

Qeyd edək ki, DATA Mərkəzinin yaradılmasında əsas məqsəd kiberhücumlardan müdafiənin təmin olunmasıdır. 

Son xəbərlər

Orphus sistemi