Azərbaycanda "Skype"ın işində problem yaranıb

Azərbaycanda "Skype"ın işində problem yaranıb Bu gündən bəzi provayderlərin şəbəkəsindən "Skype"a daxil olmaq mümkün deyil
İKT
6 İyul , 2015 17:09
Azərbaycanda Skypeın işində problem yaranıb

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanda "WhatsApp" əlavəsinin səsli zəng xidməti məhdudlaşdırıldıqdan sonra bu gündən etibarən səs, mətn və videogörüntünü təmin edən "Skype" internet proqramının da fəaliyyətində ciddi problemlər yaranmağa başlayıb.

"Report"a internet istifadəçiləri tərəfindən daxil olan çoxsaylı şikayətlər əsasında məlum olub ki, "Skype" əlavəsinə giriş etmək üçün fərdi kompüter və mobil qurğular vasitəsi ilə "login"- daxilolmanı həyata keçirmək çətinləşib. Yəni, istifadəçi "login" yerinə ad və şifrəni daxil edərkən proqram bəzi hallarda açılmır. 

Həmçinin, günün əvvəlindən açıq olan əlavə (artıq "Skype"da olan istifadəçilər) vasitəsilə mətn, şəkillərin göndərilməsi də xeyli çətinləşib. İstifadəçilər qeyd edirlər ki, VPN və "Proxy" proqramları vasitəsilə "Skype"dan maneəsiz istifadə etmək mümkündür. 

Maraqlıdır ki, bu problem günorta saatlarından Azərbaycandakı bir sıra internet provayderlərinin şəbəkəsində müşahidə olunur. Həmçinin bildirilir ki, proqrama daxilolma uğurla həyata keçirilibbsə, sonrakı mərhələdə - proqramın işində problem əsasən yaranmır. Lakin veb-brauzer vasitəsi ilə login.skype.com səhifəsinə daxil olmaq xeyli çətinləşib.

Son xəbərlər

Orphus sistemi