Azərbaycanda proqram təminatı xidmətlərinin idxalı 30% artıb

Azərbaycanda proqram təminatı xidmətlərinin idxalı 30% artıb Ölkədə proqram və aparat təminatları xidmətləri bazarında azalma müşahidə ediləcəyi proqnozlaşdırılır
İKT
15 Mart , 2016 19:25
Azərbaycanda proqram təminatı xidmətlərinin idxalı 30% artıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda proqram təminatı xidmətlərinin (Software) idxalı 2010-2014-cü illərdə 30% artıb. Qeyd edilən sahə üzrə xidmətlərin ixracı isə 9,6 faiz nisbəti təşkil edib. "Report" xəbər verir ki, bu, "PAŞA Bank"ın Strategiya Departamentinin “Azerbaijan IT industry Report” adlı hesabatında deyilir.

Azərbaycandakı Amerika Ticarət Palatasın (AmCham) IKT Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə təqdim edilən hesabatda Azərbaycanda proqram təminatı (Software) və aparat təminatı (Hardware) xidmətləri bazarında azalma müşahidə ediləcəyi proqnozlaşdırılır. Hesabata görə, qeyd edilən seqmentlər üzrə sahələrin bazar miqdarının ölçüsünün gələcəkdə necə dəyişməsi hazırkı şərtlərdən asılıdır. 

Son xəbərlər

Orphus sistemi