​Azərbaycanda poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları təsdiqlənib

​Azərbaycanda poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları təsdiqlənib Yeni qaydalar poçt rabitəsi xidmətlərinin göstərilməsi şərtlərini müəyyən edir
İKT
24 Fevral , 2016 17:06
​Azərbaycanda poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları təsdiqlənib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyaları Nazirliyi “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nı təsdiq edib.

"Report"un xəbərinə görə, sənədi rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə imzalayıb.

Bu qaydalar poçt rabitəsi xidmətlərinin göstərilməsi şərtlərini müəyyən edir, həmçinin poçt rabitəsi operatorları və poçt rabitəsi xidmətləri istifadəçiləri arasında qarşılıqlı münasibətləri tənzimləyəcək.

Qaydaya əsasən, daxili poçt göndərişləri aşağıdakı göstəricilərə malik olmalıdır:

Poçt göndərişinin növü Maksimal çəkisi, kq Ölçüləri, mm
Poçt kartı 0,020 minimal: 90x140 maksimal: 120x235
Kiçik ("P" formatlı) məktub 0,100 minimal: 90x140 maksimal: 165x245x5
Böyük ("G" formatlı) məktub, banderol və kiçik paket 0,500 minimal: 90x140 maksimal: 305x381x20
Həcmli ("E" formatlı) məktub, banderol və kiçik paket 2,000 minimal: 90x140, maksimal: ən böyük ölşüsü 600, üç ölçüsünün cəmi 900; rulon şəklində: minimal: uzunluğu 100, uzunluq və ikiqat diametrinin cəmi 170

maksimal: uzunluğu 900, uzunluq və ikiqat diametrinin cəmi 1040

Sekoqram 7,000
Kiçik ölçülü bağlama 3,000 minimal: 150x240x20 maksimal: uzunluğu 300, üç ölçüsünün cəmi 500
Standart bağlama 10,000 minimal: 150x240x20 maksimal: uzunluğu 1050, uzunluq və ona perpendikulyar ən böyük en kəsiyinin perimetrinin cəmi 2000
İriölçülü, ağırçəkili və/və ya kövrək bağlama 30,000 minimal: 150x240x20 maksimal: uzunluğu 1500, uzunluq və ona perpendikulyar ən böyük en kəsiyinin perimetrinin cəmi 3000
Sürətli poçt göndərişi 30,000 minimal: 90x140 maksimal: uzunluğu 1500, uzunluq və ona perpendikulyar ən böyük en kəsiyinin perimetrinin cəmi 3000

Beynəlxalq poçt göndərişləri aşağıdakı göstəricilərə malik olmalıdır:

Poçt göndərişinin növü Maksimal çəkisi, kq Ölçüləri, mm
Poçt kartı 0,020 minimal: 90x140 maksimal: 120x235
Kiçik ("P" formatlı) məktub 0,100 minimal: 90x140 maksimal: 165x245x5
Böyük ("G" formatlı) məktub, banderol və kiçik paket 0,500 minimal: 90x140 maksimal: 305x381x20
Həcmli ("E" formatlı) məktub, banderol və kiçik paket 2,000 minimal: 90x140, maksimal: ən böyük ölşüsü 600, üç ölçüsünün cəmi 900; rulon şəklində: minimal: uzunluğu 100, uzunluq və ikiqat diametrinin cəmi 170

maksimal: uzunluğu 900, uzunluq və ikiqat diametrinin cəmi 1040

Sekoqram 7,000
“M” kisəsi 30,000
Standart bağlama 10,000 minimal: 150x240x20 maksimal: uzunluğu 1050, uzunluq və ona perpendikulyar ən böyük en kəsiyinin perimetrinin cəmi 2000
İriölçülü və/və ya ağırçəkili bağlama 30,000 minimal: 150x240x20 maksimal: uzunluğu 1500, uzunluq və ona perpendikulyar ən böyük en kəsiyinin perimetrinin cəmi 3000
Sürətli poçt göndərişi 30,000 minimal: 90x140 maksimal: uzunluğu 1500, uzunluq və ona perpendikulyar ən böyük en kəsiyinin perimetrinin cəmi 3000

Son xəbərlər

Orphus sistemi