Bakı. 6 may. REPORT.AZ/
Bu xidmət vasitəsilə RYTN-in “Azərpoçt” MMC-nin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbulu, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.
Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.
Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.