Azərbaycanda mobil rabitə tarifləri azaldılır

Azərbaycanda mobil rabitə tarifləri azaldılır Yaxın vaxtlarda mobil rabitə operatorlarının arabağlantı tarifi 5 qəpikdən 3 qəpiyə endiriləcək
İKT
29 Aprel , 2015 14:15
Azərbaycanda mobil rabitə tarifləri azaldılır

Bakı. 29 aprel. REPORT.AZ/ Yaxın vaxtlarda Azərbaycanda fəaliyyət göstərən bütün mobil rabitə operatorları arasında olan mübadilənin, yəni arabağlantı tarifi 1 dəqiqə üçün 0,05 manatdan 0,03 manata endiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, mobil xidmətlərin ucuzlaşması üçün əsas dövlət tərəfindən olan imkanlar mobil operatorlar arasında olan tənzimlənmə funksiyalarının Nazirlik tərəfindən daha da sadələşdirməkdən ibarətdir.

"Bu o deməkdir ki, indi 0,05 qəpiyə olan tarif 0,03 qəpiyə endirilirsə, bu mobil xidmətlərin qiymətlərinin aşağı düşməsi üçün yeni imkanlar yaradacaq. İkinci tərəfdən, mobil operatorlar arasında olan tənzimlənmə, rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu da mobil operatorlara imkan verir ki, qiymətləri aşağı salsınlar. Amma nəzərə alın ki, mobil xidmətlər dövlət tərəfindən tənzimlənməyən, ancaq rəqabət əsasında formalaşan qiymətlərdir", - deyə Ə.Abbasov qeyd edib.  

Son xəbərlər

Orphus sistemi