​Azərbaycanda mobil nömrə satışı ilə bağlı dəyişikliklərin test mühitində tətbiqinə başlanılıb

​Azərbaycanda mobil nömrə satışı ilə bağlı dəyişikliklərin test mühitində tətbiqinə başlanılıb Bu günə qədər bir çox satış məntəqələrində proses yeni qaydalara uyğun şəkildə aparılıb
İKT
22 Oktyabr , 2015 14:52
​Azərbaycanda mobil nömrə satışı ilə bağlı dəyişikliklərin test mühitində tətbiqinə başlanılıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Artıq bütün operatorlar mobil nömrə satışı ilə bağlı dəyişikliklərin test mühitində tətbiqinə başlayıb və bu günə qədər bir çox satış məntəqələrində proses yeni qaydalara uyğun şəkildə aparılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, Məlumat Hesablama Mərkəzində (MHM) “Azercell Telekom” MMC, “Bakcell” MMC və “Azərfon” MMC-nin nümayəndələri ilə keçirilən görüşdə müəyyən olunub.

Görüşdə bildirilib ki, nömrə satışı zamanı mobil nömrə operatorlarının şəbəkəsində aktivləşdirilməsi ilə bağlı ərizəçiyə aid məlumatların fiziki və hüquqi şəxslər üçün “Elektron hökumət” portalına qoşulmuş informasiya sistemləri vasitəsilə ilkin mənbədən identifikasiya edilərək, operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilməsi təmin olunacaq.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən, “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilib. Yeni qərar nömrələrin satışının mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun bütün mobil operatorlar tərəfindən eyni qaydada aparılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi