Azərbaycanda mobil cihazların satışı ilə məşğul olanlara xəbərdarlıq edilib

Azərbaycanda mobil cihazların satışı ilə məşğul olanlara xəbərdarlıq edilib Qeydiyyatsız cihazlar satan şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək
İKT
20 Aprel , 2016 10:55
Azərbaycanda mobil cihazların satışı ilə məşğul olanlara xəbərdarlıq edilib

Bakı. 20 aprel. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılan və IMEI nömrələri qeydiyyata alınan mobil cihazların satışı təşkil olunmalıdır: "Satış məntəqələrində olan bütün mobil cihazların IMEI nömrələrinin qeydiyyatı bu cihazları satan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməlidir".

İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan mobil cihazların sertifikatla təmin olunub-olunmaması, eyni zamanda onların IMEI nömrələrinin qeydiyyatda olması yoxlanılacaq. Sertifikatsız, eyni zamanda IMEI nömrələrini qeydiyyata almadan mobil cihazların satışını təşkil edən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Alıcılara mobil cihaz alan zaman IMEI nömrəsinin qeydiyyatda olmasını www.imei.az, www.e-gov.az saytlarına daxil olmaqla, IMEI nömrəsini yazaraq 1677 qısa nömrəsinə SMS göndərməklə və ya 1677 məlumat mərkəzinə zəng etməklə yoxlamaları tövsiyə olunur.

Qeyd edək ki, mobil telefon cihazından *#06# yığmaqla həmin cihazın IMEI nömrəsini müəyyən etmək olar.

Son xəbərlər

Orphus sistemi