Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib

Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İKT
20 Sentyabr , 2016 19:44
Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, məqsəd “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamının 3.1-ci bəndinin icrasını təmin etməkdir. 

Sərəncama əsasən, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. 

Sənədə görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib. 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi