Azərbaycanda iki mobil operatorun lisenziyasının vaxtı bitir

Azərbaycanda iki mobil operatorun lisenziyasının vaxtı bitir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələni diqqət mərkəzində saxlayıb
İKT
28 Avqust , 2015 15:04
Azərbaycanda iki mobil operatorun lisenziyasının vaxtı bitir

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın iki aparıcı mobil rabitə operatoru olan "Bakcell" və "Azercell" şirkətlərinin fəaliyyəti üçün verilmiş lisenziyaların müddəti bu il başa çatır. Hazırda lisenziyaların vaxtının uzadılması məsələsi bu sahədəki fəaliyyəti tənzimləyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin diqqət mərkəzindədir. "Report"un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, bu yaxınlarda Nazirlik tərəfindən bütün mobil və stasionar rabitə operatorlarında testlər keçirilib: "Onlara mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Məqsəd, mobil və stasionar operatorlarda xidmətlərin keyfiyyətinin yüksəldilməsidir".

Ə.Abbasov, həmçinin mobil operatorların lisenziyalarının uzadılması məqsədi ilə keçirilən testlərin nəticəsi və mövcud çatışmazlıqların nəzərə alınacağını bildirib.

Son xəbərlər

Orphus sistemi