Azərbaycanda əməliyyat sistemlərinin yay vaxtına keçməsinin qarşısını alan proqram hazırlanır

Azərbaycanda əməliyyat sistemlərinin yay vaxtına keçməsinin qarşısını alan proqram hazırlanır “Microsoft” şirkəti məcmu yenilənmənin buraxılışı üzərində işə başlayıb
İKT
18 Mart , 2016 12:32
Azərbaycanda əməliyyat sistemlərinin yay vaxtına keçməsinin qarşısını alan proqram hazırlanır

Bakı. 18 mart. REPORT.AZ/ “Microsoft” şirkəti Azərbaycandakı istifadəçilərin yeni təqvim qaydalarına uyğunlaşmasına yardımçı olmaq məqsədilə yay vaxtına avtomatik keçidin qarşısını alacaq xüsusi təlimat və əlavə resurslar təqdim edir.

“Microsoft”un Azərbaycan nümayəndəliyi "Report"a bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı qərarına əsasən, bu ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçidin ləğvi ilə bağlı olaraq “Microsoft” şirkəti ”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə"nin buraxılışı üzərində işə başlayıb. Sözügedən yenilənmə tezliklə istifadəçilərə təqdim olunacaq və hazırda şirkət tərəfindən dəstəklənən əməliyyat sistemləri üçün keçərli sayılacaq.

Proqram məhsullarının son versiyalarından yararlanan korporativ və fərdi istifadəçilərin martın 27-də qeyd olunan mərhələdən problemsiz keçidini təmin etmək məqsədilə “Microsoft” kompüterlərdə müvafiq dəyişikliklərin fərdi şəkildə, avtomatik olmadan tənzimlənməsini tövsiyə edir. Bunun üçün təqdim olunan linkdəki ardıcıl təlimatdan istifadə etmək olar.

Son xəbərlər

Orphus sistemi