Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb

Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb Elektron ticarət dövriyyəsinin 97%-ni qeyri-ərzaq malları təşkil edib
İKT
15 İyul , 2015 12:32
Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb

Bakı. 15 iyul.REPORT.AZ/ Cari ilin birinci yarısında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 6,0 mln. manat təşkil edib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhali onlayn rejimdə sifariş verdiyi istehlak mallarının 93,0%-ni hüquqi şəxslərin, 7,0%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb.

Qeyd edək ki, elektron ticarət dövriyyəsinin 96,5%-ni qeyri-ərzaq malları təşkil edib.

Son xəbərlər

Orphus sistemi