Azərbaycanda e-imza kartlarının hazırlanmasına tələbələr cəlb olunacaq

Azərbaycanda e-imza kartlarının hazırlanmasına tələbələr cəlb olunacaq Tələbələr elektron imza kartlarının hazırlanması, onların istifadəsi və s. texniki və praktiki işlərə cəlb ediləcək
İKT
9 İyun , 2015 14:29
Azərbaycanda e-imza kartlarının hazırlanmasına tələbələr cəlb olunacaq

Bakı. 9 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) müxtəlif mobil aplikasiyalar hazırlamaq, bu proseslərə Azərbaycan Texniki Universitetinin tələbələrini cəlb etmək fikrindədir. "Report" xəbər verir ki, bunu MHM-in rəhbəri Nail Mərdanov bu gün keçirdiyi brifinqdə deyib.

N.Mərdanov tələbələrin MHM-in bütün iş prosesinə cəlb ediləcəyini deyib: "İstəyirik ki, tələbələri elektron imza kartlarının hazırlanması, onların istifadəyə verilməsi və başqa bu kimi texniki və praktiki işlərə cəlb edək. Onlar proseslərin necə getdiyini özləri görsünlər".

Xatırladaq ki, ötən gün Azərbaycan Texniki Universiteti ilə Məlumat Hesablama Mərkəzi arasında "Elektron idarəçilik, informasiya sistemləri və kibertəhlükəsizlik" elm-təhsil və texnologiyalar birliyinin yaradılması haqqında müqavilə bağlanıb.

Son xəbərlər

Orphus sistemi