Azərbaycanda dövlət qurumları arasında informasiya açıqlığına görə rəqabət kəskinləşib

Azərbaycanda dövlət qurumları arasında informasiya açıqlığına görə rəqabət kəskinləşib "Multimedia" Mərkəzi mərkəzi icra qurumları üzrə orta informasiya açıqlığı göstəricisini müəyyənləşdirib
İKT
25 Oktyabr , 2016 11:47
Azərbaycanda dövlət qurumları arasında informasiya açıqlığına görə rəqabət kəskinləşib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının informasiya açıqlığına dair internet resurslarının monitorinqlərinin nəticələri açıqlanıb. 

"Report" xəbər verir ki, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi bu ilin iyun ayından oktyabr ayınadək apardığı monitorinqlər müəyyən edib ki, 2016-cı ildə ölkədə 70 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı göstəricisi təxminən 61,5% təşkil edib. 70 mərkəzi dövlət qurumu üzrə onlayn şəffaflığın vəziyyəti isə 3 il müddətində 5,5% artıb. 

Qeyd edək ki, ilk onluğa Vergilər Nazirliyi (79,1%), Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (78,5%), Dövlət Neft Fondu (78,2%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (77,4%), Hesablama Palatası (76,5%), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (76,1%), Mədəniyyət və Turizm Nazirliyi (75,4%), Dövlət Neft Şirkəti (75%), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (74,8%) və "ASAN Xidmət" (74,2%) düşə bilib. Bu il ilk üç yer üzrə orta informasiya açıqlığı səviyyəsi təxminən 78,5%, ilk on yer üzrə 76,5% olub. 

Monitorinqin nəticələrini şərh edən Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, builki monitorinq prosesi yenidən Vergilər Nazirliyinin onlayn şəffaflıq üzrə liderliyini qoruyub saxladığını göstərib.

"Builki monitorinqlərin nəticələri əvvəlki illərdən fərqli olaraq ilk 5-lik, xüsusilə də, ilk 3 yerlə bağlı rəqabətin daha da kəskinləşdiyini göstərir. Qeyd edim ki, 2015-ci ildə 75 mərkəzi icra orqanı üzrə orta informasiya açıqlığı 56% olub", - deyə O.Gündüz qeyd edib.

Son xəbərlər

Orphus sistemi