​Azərbaycanda daha bir qeyri-bank təşkilatı "e-Hökumət" portalına qoşulub

​Azərbaycanda daha bir qeyri-bank təşkilatı "e-Hökumət" portalına qoşulub Elektron arayış sisteminə qoşulan kredit təşkilatlarının ümumi sayı 30-u keçib
İKT
5 İyul , 2016 12:06
​Azərbaycanda daha bir qeyri-bank təşkilatı e-Hökumət portalına qoşulub

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycanda daha bir bank olmayan kredit təşkiları (BOKT) müştərilərinə "Elektron hökumət" portalı üzərindən iş, yaşayış yeri və digər tələblər üzrə arayışların əldə olunması imkanı yaradıb. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzindən (MHM) məlumat verilib.

Məlumata görə, söhbət "Merkuri" BOKT-dan gedir. Bununla da, elektron arayış sisteminə qoşulmuş BOKT-ların sayı 6-ya çatıb.

Bundan başqa, hazırda 24 bank və 1 lizinq şirkəti də MHM-lə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi