Azərbaycanda analoq və rəqəmli yayım izləyiciləri üçün yeni platforma fəaliyyətə başlayacaq

Azərbaycanda analoq və rəqəmli yayım izləyiciləri üçün yeni platforma fəaliyyətə başlayacaq Teleölçmə platforması “KaTV1”, “SMART” və “Myvideo.az”ın birgə əməkdaşlığı çərçivəsində işləyəcək
İKT
14 Oktyabr , 2016 21:30
Azərbaycanda analoq və rəqəmli yayım izləyiciləri üçün yeni platforma fəaliyyətə başlayacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Analoq yayımın seyrçilərindən başlayaraq kabel şəbəkələri və OTT platformalarındakı rəqəmli bütün televiziya izləyicilərinin ölçülməsini əhatə edəcək yeni teleölçmə platforması işə başlayacaq.

“AG Telecom” şirkətindən (“KaTV1” ticarət nişanı) “Report”a bildirilib ki, teleölçmə platforması “KaTV1”,“SMART” və “Myvideo.az”ın birgə əməkdaşlığı çərçivəsində işləyəcək.

Yeni platformun işə başlaması Azərbaycanda faəliyyət göstərən teleölçmə avadanlığının yalnız analoq yayımını dəstəkləməsi və dekabrın 1-dən onun istifadəsinin qeyri-mümkün olacağı ilə bağlıdır.

Yeni platforma 5 min ev təsərrüfatında seyr edilən 100 xarici və 12 milli telekanalı təhlil etməyə imkan verəcək. Sözügedən platforma kabel operatorun (OTT daxil olmaqla) Bakı, Xırdalan, Sumqait, Mingəçevir və Gəncə şəhərlərindəki abunəçilərini əhatə edəcək.

İstifadəçinin demoqrafik təsvirini yaratmaq üçün əlavə olaraq sosial sorğulardan, anketləşmədən, həmçinin “KATV1”in müasir çağrı mərkəzinin yardımı ilə müvafiq telefon sorğularından istifadə olunacaq.

Qeyd edək ki, bu gün “Myvideo.az”da real zaman rejimində statistikaya əsasən bu və ya digər resursun məşhurluğunu dəqiqliklə müəyyənləşdirmək, onun kontentinin tələb səviyyəsini qiymətləndirmək olar. Əldə edilən məlumat seyrçilərin tələbatını qarşılayan TV-paketlərin formalaşdırılması üçün istifadə olunur. “KATV1”in teleölçmə qərarı daim şübhə doğuran reytinqləri daha dəqiq müəyyən etməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi