Bakı. 21 may. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC iki açıq tender elan edib. “Report”un məlumatına görə, müraciət üçün son vaxt iyunun 2-si saat 15:00 müəyyən edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin elan etdiyi birinci açıq müsabiqə SAP ERP proqramında PM biznes prosesləri özündə əks etdirən proqram təminatının texniki tapşırığının hazırlanması xidmətlərinin satın alınması ilə bağlıdır.
Digər satınalma müsabiqəsi isə şirkətdə server otağının yaradılması üçün avadanlıqların alınmasını nəzərdə tutur.