Azərbaycan vətəndaşları yeni şəxsiyyət vəsiqəsilə xaricə səfər edə biləcək

Azərbaycan vətəndaşları yeni şəxsiyyət vəsiqəsilə xaricə səfər edə biləcək Yeni sənəd beynəlxalq tələblərə uyğundur
İKT
10 Aprel , 2015 16:06
Azərbaycan vətəndaşları yeni şəxsiyyət vəsiqəsilə xaricə səfər edə biləcək

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda hazırlanan yeni şəxsiyyət vəsiqəsi ilə xarici ölkələrə səfər etmək mümkün olacaq. Yeni şəxsiyyət vəsiqəsi ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələblərinə uyğundur. "Report" məlumat verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) baş mütəxəssisi Nadir Rəsulov məlumat verib.

Onun sözlərinə görə, vəsiqə hazırlanan zaman ICAO-nun tövsiyələri nəzərə alınıb.

"Dövlətlər arasında uyğun razılaşmalar olarsa, bu vəsiqə ilə xarici ölkələrə səfər etmək mümkün olacaq", - N.Rəsulov qeyd edib.

MHM rəsmisi əlavə edib ki, hazırda Daxili İşlər, Ədliyyə, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti ilə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi istiqamətində intensiv işlər gedir. Bundan başqa, vətəndaşlara veriləcək şəxsiyyət vəsiqəsinə hansı məlumatların daxil edilməsi işçi qrupu tərəfindən müzakirə olunur.  

Son xəbərlər

Orphus sistemi