Bakı. 13 yanvar. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" şirkəti Azərbaycan-Ruminiya birgə buraxılışı olan iki növ poçt markası çap etdirib. Bu barədə "Report"a RYTN-dən məlumat verilib.
Markaların birinin üzərində “Lahıc misgərliyi”nə, digərinin üzərində isə “Horezudan keramika”ya dair sənət nümunəsinin təsviri əks olunub.
Markaların hər birinin nominal dəyəri 60 qəpik təşkil edir.