​Azərbaycan uşaq pornoqrafiyasına qarşı mübarizəni gücləndirir

​Azərbaycan uşaq pornoqrafiyasına qarşı mübarizəni gücləndirir Hazırda bununla bağlı təkliflər üzərində iş gedir
İKT
5 Mart , 2015 19:00
​Azərbaycan uşaq pornoqrafiyasına qarşı mübarizəni gücləndirir

Bakı. 5 mart. REPORT.AZ / "Uşaqların təhlükəsiz internetdən istifadəsi hər bir ailə üçün mühüm olan məsələdir. Hər bir valideyn övladının öz inkişafı üçün internetdən istifadə etməsi və ona zərər verə biləcək hər hansı bir məlumatı müşahidə etməməsini istəyir". "Report" xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda həm uşaq pornoqrafiyası, həm uşaqların daha da yeni məlumatlar əldə etməsi, həm də müxtəlif sağlam olan mənbələrə çıxışı üçün müəyyən addımlar atıla bilər: "Hazırda bununla bağlı təkliflər üzərində iş gedir. Son nəticədə bu təkliflər bir yerə toplanaraq ümumi təkliflə çıxış etmək olar".

"Bu dünyada gedən bir prosesdir, hər bir ölkə bu istiqamətdə uşaqların müdafiə edilməsi, hətta təhlükəsiz internetdən istifadə etməsi ən vacib məsələ kimi qoyulur. Biz də bu istiqamətdə addımlar atmağa çalışırıq", - E.Vəlizadə qeyd edib.  

Son xəbərlər

Orphus sistemi