Azərbaycan Qamma Şüalanma Kompleksi oktyabrda istifadəyə veriləcək

Azərbaycan Qamma Şüalanma Kompleksi oktyabrda istifadəyə veriləcək Hazırda burada son tamamlanma işləri aparılır
İKT
17 İyul , 2015 13:34
Azərbaycan Qamma Şüalanma Kompleksi oktyabrda istifadəyə veriləcək

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanda “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin fəaliyyətinin təşkili ilə əlaqədar hazırda Qamma Şüalanma Kompleksində təmir-tikinti sahəsində son tamamlanma işləri gedir. "Report"un xəbərinə görə, bunu “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov bildirib.

A.Qəribov deyib ki, bu ilin oktyabr ayının ortalarında Mərkəzin tam istifadəyə verilməsi planlaşdırılır.

"Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun daimi istifadəsində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 15 ha torpaq sahəsi, bu sahədə yerləşən Qamma Şüalanma Kompleksinin yarımçıq tikililəri avadanlıqlarla birlikdə Nüvə Mərkəzinin balansına verilib. Hazırda təmir-tikinti sahəsində son tamamlanma aparılır", - deyə A.Qəribov qeyd edib.  

Son xəbərlər

Orphus sistemi