Azərbaycan "Poçt sahəsində iri müştərilərlə işin təşkili" mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək

Azərbaycan "Poçt sahəsində iri müştərilərlə işin təşkili" mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək Tədbirdə Ümumdünya Poçt İttifaqı və Regional Rabitə Birliyinə üzv ölkələr iştirak edəcəklər
İKT
26 Avqust , 2015 17:34
Azərbaycan Poçt sahəsində iri müştərilərlə işin təşkili mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək

Bakı. 26 avqust. REPORT.AZ/ Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Regional Rabitə Birliyinin (RRB) birgə təşkilatçılığı ilə oktyabrın 6-7-də Qazaxıstanın paytaxtı Astana şəhərində “Poçt sahəsində iri müştərilərlə işin təşkili” mövzusunda konfrans keçiriləcək. "Azərpoçt" MMC-dən "Report"a daxil olan xəbərə görə, tədbirdə həm region ölkələrinin poçt sahəsi üzrə mütəxəssisləri, həm də ÜPİ-nin və RRB-nin rəhbər nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, oktyabrın 8-də isə Astana poçt sektorunu əhatə edən daha bir əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. 

Həmin tarixdə RRB-nin Poçt Komissiyasının və Poçt operatorları Şurasının növbəti iclası baş tutacaq. İclasda RRB-nin yaradılmasının 25 illiyi qeyd edilməsinə hazırlıqla yanaşı, ÜPİ-nin 2016-cı ildə İstanbulda keçiriləcək 26-cı konfransına hazırlıq və bununla bağlı İşçi Qrupunun formalaşdırılması, İstanbul Strategiyası ilə bağlı Minskdə hazırlanan prinsip və prioritetlərlə iştirakçıların məlumatlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Eyni zamanda, RRB-yə daxil olan üzv ölkələrin birgə poçt markalarının buraxılması mövzusu da müzakirə predmeti olacaq.

Qeyd edək ki, bu toplantılarda Azərbaycanı "Azərpoçt" nümayəndələri təmsil edəcəklər.

Son xəbərlər

Orphus sistemi