Azərbaycan Özbəkistanda keçirilən "ICT SUMMIT 2016"-da iştirak edir

Azərbaycan Özbəkistanda keçirilən "ICT SUMMIT 2016"-da iştirak edir Tədbirə 300-dək beynəlxalq şirkət və təşkilatın nümayəndələri qatılıb
İKT
20 Sentyabr , 2016 10:39
Azərbaycan Özbəkistanda keçirilən ICT SUMMIT 2016-da iştirak edir

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan bu gün Özbəkistanın paytaxtı Daşkənddə "ICTWEEK Uzbekistan 2016" tədbiri çərçivəsində keçirilən "ICT SUMMIT 2016" adlı sammitdə iştirak edir. "Report"un özbək mətbuatına istinadən verdiyi məlumata görə, sammit plenar iclas formatında təşkil olunub. 

Tədbirin əsas məqsədi informasiya texnologiyaları və kommunikasiya sahələrinin inkişafı, qarşıda duran strateji məsələlərlə bağlı müzakirələr aparmaqdır. Sammit çərçivəsində həmçinin "Elektron hökumət" sisteminin gələcək inkişafı, informasiya təhlükəsizliyi, proqram təminatı məhsulları, informasiya resursları bazarının inkişafına dair məsələlər nəzərdən keçiriləcək, habelə yeni şərtlərdə İT-biznesin perspektivləri də müzakirə olunacaq. 

"İCT SUMMİT 2016"da Cənubi Koreya, Çin, Fransa, Rusiya, Azərbaycan, Ukraynadan 300-ə yaxın sahibkar, rəhbər şəxs və mütəxəssis iştirak edəcək. Bunlar dövlət orqanlarının, informasiya və kommunikasiya sahəsinə dair müəssisə və təşkilatların rəhbərləri, eləcə də, beynəlxalq ekspertlər və analitiklər, yerli və əcnəbi İT şirkətlərinin nümayəndələridir. 

Son xəbərlər

Orphus sistemi