​Azərbaycan "WSIS-2016" Ümumdünya Sammitində iştirak edir

​Azərbaycan "WSIS-2016" Ümumdünya Sammitində iştirak edir Cenevrədə keçirilən sammit mayın 6-dək davam edəcək
İKT
3 May , 2016 09:56
​Azərbaycan WSIS-2016 Ümumdünya Sammitində iştirak edir

Bakı. 3 may. REPORT.AZ/ İnformasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan “WSIS-2016”da Azərbaycan nümayəndə heyəti də iştirak edir.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, Cenevrədə (İsveçrə) mayın 2-6-da “WSIS-2016” - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (World Summit on the Information Society) keçirilir.

Sammit çərçivəsində keçirilən Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, eyni zamanda ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, tədbirin təşkilatçıları BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatıdır (UNESCO).

Son xəbərlər

Orphus sistemi