Bakı. 2 may. REPORT.AZ/Azərbaycan nümayəndə heyəti mayın 8-də Moskvada keçiriləcək Regional Rabitə Birliyinin (RRB) iclaslarında təmsil olunacaq. Azərbaycan rabitə və yüksək texnologiyalar naziri
Eyni zamanda, RRB-nin normativ sənədlərinə əlavələrin və dəyişikliklərin edilməsi daxil olmaqla bir sıra digər daxili məsələlər üzrə qərarlar qəbul ediləcək.
Tədbir çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin Böyük Vətən müharibəsinin qalibiyyətinin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov, şöbənin əməkdaşı Toğrul Hüseynov, İnfrastrukturun inkişafı şöbəsinin müdiri Mirheydər İsmayılov, şöbənin poçt sektorunun rəhbəri
İclaslarda Novruz Məmmədov Azərbaycanda poçt sektorunun inkişafı, Faiq Fərmanov isə "Transsərhəd məkanda elektron təhlükəsizliyin təmin edilməsi" mövzusunda məruzələrlə çıxış edəcəklər.
Azərbaycan Moskvada Regional Rabitə Birliyinin iclaslarında iştirak edəcək
İKT
2 May , 2015
13:52
https://static.report.az/photo/47f5b5db-0170-414f-91aa-3e1b2cac55ee.jpg