​Azərbaycan "Google Play"in akkaunt qeydiyyatı siyahısına daxil olub

​Azərbaycan "Google Play"in akkaunt qeydiyyatı siyahısına daxil olub Bu ölkələrin sayı 78-dək artıb
İKT
29 İyun , 2015 13:44
​Azərbaycan Google Playin akkaunt qeydiyyatı siyahısına daxil olub

Bakı. 29 iyun. REPORT.AZ/ “Google Play”in tərtibatçı və satıcı akkauntlarının qeydiyyatını həyata keçirə bilən ölkələrin siyahısına yeni ölkələr əlavə edilib. İslandiya, Peru və Yəmən ilə yanaşı, bu siyahıya Azərbaycan da daxil olub.

"Report" xəbər verir ki, beləliklə, “Google”un siyahısında tərtibatçı və satıcı akkauntu açmaq mümkün olan ölkələrin ümumi sayı 78-dək artıb.

Maraqlısı odur ki, lokal tərtibatçılar üçün istifadə edilən valyuta dollardır, amma bu arada Ukraynada bu, qrivnadir. Azərbaycanda ödənişlər bank köçürməsi vasitəsi ilə həyata keçirilir, onların minimal həddi isə 100 dollara bərabərdir.

Son xəbərlər

Orphus sistemi