​Azərbaycan əhalisinin 61%-i internetdən istifadə edir

​Azərbaycan əhalisinin 61%-i internetdən istifadə edir Hazırda dünya əhalisinin 43%-nin internetə çıxışı var
İKT
22 Sentyabr , 2015 10:19
​Azərbaycan əhalisinin 61%-i internetdən istifadə edir

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dünyada dörd milyarda yaxın insanın hələ də internetə çıxışı yoxdur. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının "Genişzolaqlı internetin vəziyyəti haqqında" adlı yeni hesabatında deyilir. Onun müəllifləri bildirir ki, hazırda dünya əhalisinin 43 faizinin internetə çıxışı var, bu isə 3,2 milyard insan deməkdir. Keçən il onların sayı 2, 9 milyard idi.

Lakin bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə internet şəbəkəsindən əhalinin yalnız 35 faizi istifadə edə bilir.

Ümumiyyətlə, bu gün 79 ölkədə əhalinin yarıdan çoxunun internetə çıxışı var. Fiziki şəxslərin internetdən istifadə etməsi baxımından İslandiya, Norveç və Danimarka aparıcı ölkələr arasında liderlik edir.

Azərbaycan 63-cü yerdədir. Burada internetdən əhalinin 61 faizi istifadə edir.

Rusiya siyahıda 44-cü pillədədir və bu ölkədə internetdən 70,5 faiz əhali istifadə edir. Belarusda internet şəbəkəsinə 59 faiz əhalinin çıxışı var, Qazaxıstanda bu rəqəm 54 faizə bərabərdir, Gürcüstanda - 48 faiz və Ermənistanda isə bu rəqəm 46 faiz təşkil edir. Özbəkistanda 46,3, Ukraynada - 43,4 faiz internet istifadəçisi olduğu bildirilir.

İnternetə çıxışın ən aşağı səviyyəsi Afrika qitəsində Saxara səhrasından cənubda yerləşən ölkələrdə qeydə alınıb. Məsələn, Qvineyada internetdən əhalinin yalnız 2 faizinin istifadə etmək imkanı var.   

Son xəbərlər

Orphus sistemi