​Avropa Nüvə Tədqiqatları Mərkəzi Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq etmək niyyətindədir

​Avropa Nüvə Tədqiqatları Mərkəzi Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq etmək niyyətindədir Azərbaycanın "ALİCE" layihəsinə qoşulması məsələsi müzakirə olunur
İKT
1 May , 2015 17:35
​Avropa Nüvə Tədqiqatları Mərkəzi Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq etmək niyyətindədir

Bakı. 1 may. REPORT.AZ/ Cenevrə şəhərində (İsveçrə) Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) görüşlər keçirilib. Görüşlərdə Azərbaycanı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 

"Report" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərin əsas məqsədi Azərbaycanın CERN ilə mövcud əlaqələrinin daha da inkişaf etdirilməsi və bu işdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət istiqamətlərinin, əməkdaşlıq sahələrinin müzakirə edilməsi olub.

Səfərin ilk günü nümayəndə heyəti CERN-in məsul şəxsləri ilə görüşüb və CERN-in, o cümlədən Sinkrosiklotron, İdarəetmə, ATLAS, İfratkeçirici Maqnitin Sınaq və bir sıra təcrübə mərkəzlərinin fəaliyyəti ilə tanış olublar. Görüşdə CERN nümayəndələri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıblar. "ALICE" layihəsinin rəhbər şəxsləri ilə keçirilən görüşdə isə Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) bu layihəyə qoşulma mövzusu müzakirə edilib.

Səfərin növbəti günü “Worldwide Large Hadron Collider Computing Grid (WLCG)” layihəsinin rəhbəri Y.Börd Mərkəzin kompüter şəbəkəsi haqqında nümayəndə heyətini məlumatlandırıb, “TIER 0” Data Mərkəzi ilə tanış edib. Görüşdə Azərbaycanda yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan və ən qabaqcıl texnologiyalara sahib olacaq Data Mərkəzi haqqında da geniş məlumat verilib.

Səfər zamanı Azərbaycanın CERN-ə assosiativ üzv olması, CERN-də aparılan təcrübələrinin məlumatlarının ölkəmizdə yaradılan Data Mərkəzində saxlanması, ölkəmizdə nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün MNTM-in layihələrə qoşulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. CERN tərəfindən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə də ciddi maraq göstərilib, informasiya magistralının gələcəkdə faydalı bölgə ölkələri ilə elmi əlaqələrin genişləndirilməsi üçün faydalı ola biləcəyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi