​Avrasiyada telekommunikasiya trafiki tranziti bazarının həcmi 4 dəfə artacaq

​Avrasiyada telekommunikasiya trafiki tranziti bazarının həcmi 4 dəfə artacaq Arasiya tranzit tutumu bazarının pul ifadəsində həcmi çoxalaraq 863 mln. dollara çatacaq
İKT
8 Sentyabr , 2015 18:43
​Avrasiyada telekommunikasiya trafiki tranziti bazarının həcmi 4 dəfə artacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ “J’son&Partners Consulting” şirkəti Avropa və Asiya arasında telekommunikasiya trafiki tranziti bazarında apardığı tədqiqatın nəticələrini təqdim edib.

“Report” xarici KİV-ə istinadən bildirir ki, şirkət analitikləri tərəfindən 2018-ci ilədək Avropa və Asiya arasında beynəlxalq tranzit tutumu bazarının proqnozu hazırlanıb. Qəbul edilmiş metodologiyanın fərqləndirici cəhəti əsas Avrasiya ölkələrinin tələbatının coğrafi istiqamətinin nəzərə alınmasındadır.

Proqnoza görə, 2014-2018-ci illərdə Avropa və Asiya arasında telekommunikasiya trafikinin tranziti bazarının həcmi 4 dəfə artaraq 41 Tbit/saniyəyə çatacaq. Həmçinin bazarın coğrafi istiqamətlər üzrə natural ifadədə strukturunda müəyyən dəyişikliklər baş verəcək. Bununla yanaşı, Hindistan istiqamətində tələbatın artması və Yaxın Şərq ölkələrindən tələbat payının azalması proqnozlaşdırılır. Avropa-Asiya tranzit tutumu bazarının pul ifadəsində həcmi çoxalaraq 863 mln. dollara çatacaq.

Son xəbərlər

Orphus sistemi